🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ABŞ-da Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat qəbul edildi

13.02.2021 11:19 379 baxış sayı 2 dəq. oxuma
ABŞ-da Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat qəbul edildi

Florida ştatının Aventura şəhər meri Enid Veisman öz adından və Aventura Şəhər Komissiyası adından “26 fevral 2021-ci il tarixinin Xocalı faciəsinin anım günü” kimi qeyd edilməsinə dair bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda qeyd edilir ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin sakinləri qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən artıq günahsız dinc əhali qətliama məruz qalıb. Beynəlxalq insan hüquqları təşkilatları, İnsan Hüquqlarına Nəzarət (Human Rights Watch) təşkilatı bu faciəni regionun ən böyük qətliamı adlandırıb.

Xocalıda baş vermiş hadisə yad edilərək, müharibə dövründə yarana biləcək dəhşətli zərərlər xatırladılır, bütün dünya insanları arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac duyulduğu diqqətə çatdırılır.

Florida ştatında, Aventurada və bütün dünyada yaşayan azərbaycanlıların 26 fevral tarixini Xocalı faciəsi qurbanlarının xatirəsinin anım günü kimi qeyd etdiyi bildirilir.

Bəyanat Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının adından, təşkilatın prezidenti Töhfə Eminova tərəfindən edilən müraciət əsasında qəbul olunub.

Paylaş: