🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ABŞ-da azalacağı gözlənilən neft ehtiyatları rekord həddə artıb

10.06.2020 16:02 429 baxış sayı 2 dəq. oxuma
ABŞ-da azalacağı gözlənilən neft ehtiyatları rekord həddə artıb

ABŞ-da neftin kommersiya ehtiyatları ötən həftə  5,72 milyon barel artaraq 5 iyun tarixində 538,07 milyon barelə çatıb.


Bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.


“Bloomberg” xəbər verir ki, ekspertlər ehtiyatların 1,85 milyon barel azalacağını gözləyirmişlər.


ABŞ Enerji Məlumatları Administrasiyasına (EİA) görə, eyni müddət ərzində ölkədə neft hasilatı 100 min barel azalıb. Mart ayının ortalarından mayın 30-dək hasilatın həcmi 2 milyon barel azalaraq 11,1 milyon barelədək geriləmişdi. O cümlədən 28 mart – 3 aprel müddətində hasilatın həcmi 600 min barel azalmışdı ki, bu da 2019-cu ilin iyul ayından sonrakı dövrdə ən kəskin azalmadır.


Bundan əvvəl EİA ABŞ-da neft hasilatına dair 2020-ci il üçün proqnozunu 1,11 faiz azaldaraq 11,56 milyon barelədək, 2021-ci il üçün isə 10,84 milyon barelədək endirmişdi.

Paylaş: