🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

206 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu

25.08.2020 18:22 408 baxış sayı 3 dəq. oxuma
206 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu

​Ticarət və xidmət obyektlərində növbəti monitorinqlər keçirilib.

İqtisadiyyat Nazirliyinin pandemiya şəraitində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət məqsədilə avqustun 24-də keçirdiyi nəzarət tədbirləri zamanı Gəncə şəhərində “Proqress market”də, “Dəniz inşaat” mağazasında, Mustafa Aqusa məxsus geyim mağazasında, Könül Məmmədovaya, Namiq Quliyevə məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində Hüseyn Rəhimova, Vüqar Mirzəməmmədova məxsus iaşə obyektlərində, Elvin Əliyevə məxsus mağazada, Mingəçevir şəhərində “Elit market”də, Vüqar Quliyevə məxsus çayxanada, Sirac Murtuzayevə məxsus kafedə, Amil Həbliyevə məxsus ərzaq mağazasında, Abşeron rayonunda “Vulkan kafesi”ndə, Mətanət Salmanovaya, Fərid Nəsirova məxsus mağazalarda, Salyan rayonunda Samir Ağayevə məxsus iaşə xidməti obyektində, Əsəd Cəfərova məxsus mağazada, Masallı rayonunda Rəfail Yunusova, Nazim Ağayevə məxsus mağazalarda, Mehran Rəhimliyə məxsus kafedə, Cəlilabad rayonunda “Orxan kommersiya mağazası”nda, Elşən Həsənova məxsus mağazada, Yevlax rayonunda “Anar-İnşaat mağazası”nda, “Mağaza 313"də, "Həmdəm restaurant"da, Rəşid Heydərova məxsus “Yevlax kafesi”ndə, Bərdə rayonunda “Kral təsərrüfat malları” mağazasında, "Qızıl balıq" yeməkxanası”nda, Ruslan Qasımova məxsus iaşə obyektində, Xaçmaz rayonunda "LUKoil" yanacaqdoldurma məntəqəsində, Osman İdrisova, Ehtibar Məmmədkərimova məxsus mağazalarda, İsmxan İsmayılova məxsus kafedə, Goranboy rayonunda “Avropa mebel mağazası”nda, İsa Musayevə məxsus “Cehizlik malları mağazası”nda, Vaqif Əliyevə məxsus “İnşaat materialları mağazası”nda, Göygöl rayonunda Zaur Məmmədova məxsus kafedə, Elnur Həsənova məxsus mebel mağazasında, ümumilikdə, monitorinq aparılmış 2254 obyektin 206-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Etiketlər

Paylaş: