🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Oruc tutan şəxsə hansı əməllər qadağandır?

25.04.2020 16:39 447 baxış sayı 5 dəq. oxuma
Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:

1. Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz.

2. İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.

3. İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.

4. Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır.

5. İnsan qəsdən qusarsa, orucu batil olar. əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur.

6. Bədənə imalə etdirməklə oruc pozular.

7. Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanınakimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır.

8. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz.

Paylaş: