🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Region
Region
0 abunə

Region Xəbərləri Region Xəbərləri

29.10.2024 13:51 34 baxış sayı 3 dəq. oxuma

Qarabağ və Şərqi Zəngəzurda turizm resursları araşdırılıb, müvafiq təkliflər verilib.

Şuşa, 29 oktyabr-Region xəbərləri

Azərbaycanın sağlamlıq turizmi üzrə potensialı zəngin və genişdir. Tarixən Naftalanın müalicəvi nefti, Naxçıvanın duz dağı, Kəlbəcərin İstisuyu və digər təbii və müalicəvi resurslarımız regional və beynəlxalq səviyyədə tanınıb. Bundan əlavə, Abşeron, Şabran, Qəbələ, Lənkəran, Şəki və bir sıra başqa bölgələrimizdə sağlamlıq turizmi destinasiyaları, daxili və xarici turistləri cəlb edən müxtəlif sağlamlıq müəssisələri fəaliyyətlərini davam etdirirlər.bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşa şəhərində keçirilən “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” adlı konfransda söyləyib.

“Bu sahə ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sağlamlıq turizminin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Müvafiq bəndin icrası üzrə Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi resurslarının qiymətləndirilməsi aparılıb və “Azərbaycanda sağlamlıq turizmi - cari vəziyyət və inkişaf perspektivləri” adlı hesabat hazırlanıb. Eyni zamanda, sektorun inkişafı ilə bağlı müxtəlif dövlət və özəl, habelə ictimai birliklərin nümayəndələrinin iştirakı ilə işçi qrupu formalaşdırılıb”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Naftalan neftinin emalından istehlakınadək dəyər zəncirinin inkişafı mexanizminin formalaşdırılması üzrə tədbirlər planlaşdırılır. Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, Avropa və yeni bazarlarda təşviqi əsas hədəflər sırasındadır.

O, həmçinin qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur da sağlamlıq turizmi üzrə zəngin potensiala malik ərazilərdir. Bu ərazilərdə mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resursları araşdırılıb, müvafiq təkliflər verilib: “Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla, sağlamlıq turizmi profilinə malikdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngindir, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər”.

Paylaş: