Qurban Qurbanov püşkü dəyərləndirdi: “Asan olmayacaq”
“Püşkü səbirsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik”.
Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Komandanın rəsmi saytına açıqlama verən 48 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. O, avqustun 18-19-da Şimali Makedoniyanın “Sileks” klubu ilə keçiriləcək ev görüşü barədə fikirlərini açıqlayıb: “Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə "Sileks" bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq”.
Q.Qurbanov hazırlığın düzgün aparılmasının vacibliyini qeyd edib: “Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədir, ilk olaraq öz komandamı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".
Oxşar xəbərlər
Qurban Qurbanov kiminlə quda olub?
Xəbər Anı
Qurban Qurbanov koronavirusa yoluxdu
İdman Xəbər
Qurban Qurbanov müqavilə təklifini rədd etdi
Son Xeberler
Rüfət Qurban vəfat etdi
Xəbər Anı
Qurban Qurbanov "Malmö" ilə Oyundan Danışdı: "Gərg...
Son Xeberler
"Mənə bir də bu sualı verməyin" - Qurbanov əsəbilə...
Bugun.az