🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

PFL prezidenti seçkilərinin vaxtı açıqlandı

25.08.2020 14:17 492 baxış sayı 1 dəq. oxuma
PFL prezidenti seçkilərinin vaxtı açıqlandı

Peşəkar Futbol Liqasında (PFL) prezident seçkisinin vaxtı müəyyənləşib.

Bu barədə qurumun hazırkı prezidenti Ramin Musayev “Neftçi” TV-nin “Həmsöhbət” layihəsi çərçivəsində qonaq olarkən məlumat verib.

O, seçkilərin sentyabrın 10-da və ya 12-də keçirilə biləcəyini söyləyib. Ramin Musayev özündən başqa bir namizədin olacağını da istisna etməyib.

Qeyd edək ki, Ramin Musayev PFL yarandığı 2008-ci ildən həmin qurumun prezidentidir. O, 2012 və 2016-cı illərdə bu qurumun prezidentliyinə təkrarən seçilib.

Etiketlər

Paylaş: