🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Ətrafınızı və özünüzü bu virusdan qorumağa çalışın” Millimizin futbolçusu

17.11.2020 10:56 409 baxış sayı 2 dəq. oxuma
“Ətrafınızı və özünüzü bu virusdan qorumağa çalışın”

Azərbaycan milli komandasının və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadənin koronavirusa yoluxduğunu xəbər vermişdik.

 Xəlilzadə son durumu ilə bağlı İnstaqram hesabında paylaşım edib. O, sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib:

“Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın”.

Azərbaycan millisinin iki üzvü Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirus testi müsbət çıxıb. Hər iki futbolçu hazırda Xorvatiyada karantindədir və test nəticələri mənfi olandan sonra Bakıya qayıda biləcək.

Paylaş: