🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Çempionlar Liqası: "Qarabağ" - "Molde" cütünün rəqibi məlum oldu

16.09.2020 19:49 501 baxış sayı 2 dəq. oxuma
Çempionlar Liqası:

 UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu 2:1 hesabı ilə məğlub edən Macarıstan "Ferentsvaroş"u pley-offa yüksəlib.

Budapeşt təmsilçisi növbəti mərhələdə "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
 
Bu raundun ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində olacaq.
 
Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - "Molde" matçında əsas vaxt qolsuz başa çatdığından, əlavə vaxt  oynanılacaq.
 
"Ferentsvaroş"la yanaşı, evdə Belarus "Brest"inə 1:0 hesabı ilə qalib gələn İsrailin "Makkabi" (Təl-Əviv) klubu və Serbiya "Srvena Zvezda"sından üstün olan Kipr "Omoniya"sı da adını pley-offa yazdırıb.
Paylaş: