"Barselona" radikal qərara hazırlaşır
"Barselona" klubu UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı ağır bir məğlubiyyətdən sonra heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.
Kataloniya təmsilçisi yalnız Lionel Messi, Frenki de Yonq, Mark-Andre ter Ştegen, eləcə də gənc oyunçular Ansu Fati və Riki Puçanı toxunulmaz hesab edir. Qalan digər futbolçuların isə "Barselona"dan göndərilə biləcəyi mümkün hesab edilir.
Artıq bu yay transfer dövründə "Barselona" Luis Suares, Antuan Qrizmann, Jordi Alba, İvan Rakitiç, Serxi Roberto, Arturo Vidal və Nelson Semedunu göndərə bilər.
Bundan əlavə, Samuel Umtiti və Usman Dembelenin tez-tez zədələndikləri üçün komandadan ayrıla biləcəkləri qeyd olunub.(qol.az)
Etiketlər
Oxşar xəbərlər
Vətən müharibəsindən tarixi anlar -
Son Xeberler
"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az
"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler
“Barselona”da köklü dəyişiklik:
İdman Xəbər
"Barselona" Messini bu kluba satmağa razılıq verdi
İdman Xəbər
“Barselona” turu məğlub oldu
Bugun.az