🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Soruşurlar ki, böyük oğlunuz hardadır?" - Xoşqədəm Hidayətqızı

09.08.2023 17:12 376 baxış sayı 2 dəq. oxuma
"Soruşurlar ki, böyük oğlunuz hardadır?" - Xoşqədəm Hidayətqızı
Aparıcı Xoşqədəm Hidayətqızı yeni açıqlaması ilə diqqət çəkib. Metbuat.az xəbər verir ki, o "Səni axtarıram" proqramında böyük oğlundan danışıb. Hidayətqızı bildirib ki, sosial şəbəkə istifadəçiləri ondan tez-tez böyük oğlu ilə şəkil paylaşmamağının səbəbini soruşurlar: "Bir də görürsünüz ki, mənə böyük oğlumla bağlı yazırlar. Uşaqlarım qucağımda olan şəkil paylaşıram. Yazırlar ki, "Sizin böyük oğlunuz hardadır?". Bu an məni gülmək tutur. 18 yaşım var idi, ata-anaya baxırdım. Ata-anam üçün gecələr yatmayıb pul qazanırdım ki, onları çadır şəhərciyindən çıxarım. Məcburi köçkün idilər. Atam-anam ac-susuz qalmasın deyə gecələr belə yatmadan çalışırdım. 28 yaşında oğlanı ana qucağına alıb gəzdirməlidir? 28 yaşlı kişi bir ailə başçısı olur. Mən 18 yaşımda bir qəzetdə işləyirdim. Qucağımda da körpəm var idi".
Paylaş: