🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
EduQuote
EduQuote
1 abunə

Məktəb bağlamaq qəbahətdirmi?

28.11.2024 16:52 10 baxış sayı 3 dəq. oxuma
Məktəb bağlamaq qəbahətdirmi?

Son günlər Azərbaycanda 1500 məktəbin bağlanacağı ilə əlaqəli xəbərlər yayılır. Şagird sayısının az olduğu, müəllimlərin oturub domino oynadığı bir məktəbin bağlanması normaldır. Amma oradakı uşaqlar və keyfiyyətli müəllimlər üçün alternativ nədir, bax bu işin ən əhəmiyyətli hissəsidir.

Amerika kimi yerlərdə də məktəblər bağlanır. Keçən yay alınan qərarla Plano İSD (məktəb idarəsi), hansı ki, Amerikadakı ən geniş 82-ci məktəblər şəbəkəsidir, 4 məktəbi bağlamağa qərar verdi. Əsas səbəblərdən biri də məktəblərin olduğu ərazilərdə yaş ortalamasının artması və məktəbli sayının azalması idi. Amma bunun yanında, yeni tikililərin olduğu ərazilərdə yeni məktəblər də açılır. Belə qərarları alarkən school board (məktəb idarə heyəti) və valideynlərin fikirləri nəzərə alınır.

Plano İSD-nin bağlayacağı məktəblər Davis və Forman ibtidai məktəbləri, həmçinin Armstrong və Carpenter orta məktəbləridir. Bağlanma qərarına məktəblərin köhnələn binaları və azalan şagird sayı təsir edib. Məktəblərin yenidən tikilməsi böyük maliyyə tələb etdiyindən, daha səmərəli qərar məktəblərin bağlanması olub. Bununla belə, bağlanmış məktəblərdə təhsil alan şagirdlər və orada çalışan təhsil işçilərinin aqibəti məsələsində aydınlıq gətirilib. Məsələn, xüsusi proqramlarla bağlı şagirdlər başqa məktəblərə yönləndirilir.

Məktəbləri bağlamaq məhsuldarlığı artıra bilər, amma dediyim kimi, o məktəblərdəki şagirdlərin və təhsil işçilərinin aqibətinə də aydınlıq gətirilməlidir. Məktəblərin bağlanması təhsil sisteminin təkmilləşdirilməsi üçün bir vasitə ola bilər, amma əsas prioritet hər bir şagirdin və müəllimin dəstək ala biləcəyi yeni imkanların yaradılmasıdır.

Rasim D.

Paylaş: