🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Unikal bir fürsət, Kapital Bank-ın “PO Growth” proqramı ilə tanış olun!

14.11.2024 13:38 15 baxış sayı 4 dəq. oxuma
Unikal bir fürsət, Kapital Bank-ın  “PO Growth” proqramı ilə tanış olun!

Ümumi məlumat

İnkişafınız üçün yeni bir səhifə açmaq üçün unikal bir fürsət axtarırsınızsa, Kapital Bank-ın

“PO Growth” proqramı ilə tanış olun! Bu proqram, texniki və yumşaq bacarıqlarınızı daha da təkmilləşdirmək və ölkəmizin qabaqcıl Agile liderlərindən bilik və təcrübə əldə etməyiniz üçün mükəmməl bir imkandır. İnkişaf yolunuzda sizə dəstək verəcək və sizi real layihələrlə, fərqli təlim və interaktiv sessiyalarla, eyni zamanda, peşəkar mentor dəstəyi ilə inkişaf etdirəcək “PO Growth” proqramına müraciət etməyə dəvət edirik!

 

Niyə “PO Growth” proqramı?

 

Bu proqram müştəriyönümlü məhsul idarəçiliyinə dair dərin biliklər qazandırır, sizi rəqəmsal bankçılıq dünyasının gələcək liderlərindən birinə çevirir. 5 ay boyunca intensiv təlimlər, ustad dərsləri, interaktiv sessiyalar və təcrübəli mentorların dəstəyi ilə davamlı öyrənmə və inkişaf yolunda addımlayacaqsınız. Həftədə iki dəfə, hər biri 90 dəqiqə olmaqla, azərbaycan və ingilis dillərində keçiriləcək bu proqram iş saatlarınızdan sonra təşkil edilir.

Öhdəliklər

Proqramda sizdən gözlənilənlər:

Proqramı uğurlu tamamlamağınız üçün aşağıdakıları yerinə yetirməyinizə ehtiyac vardır:

 

  • Proqramın modullarında müntəzəm iştirak etmək;
  • Verilən tapşırıqlar vaxtında yerinə yetirmək;
  • Qrup işlərində fəal iştirak etmək;
  • İmtahanlarda yüksək nəticələr toplamaq.

Tələblər

Kimlər müraciət edə bilər?

Agile mühitində, məhsul idarəçiliyi, bankçılıq, “fintech” və ya informasiya texnologiyaları sahələrində ən azı iki illik iş təcrübəsi olan, analitik düşünmə bacarıqları, müştəri yönümlü yanaşma, mükəmməl ünsiyyət bacarıqları və həm şəxsi, həm də peşəkar inkişafını prioritet hesab edən namizədlər proqrama müraciət edə bilərlər.

 

 

Seçim prosesi:

  • CV yoxlanışı. Əvvəlcə namizədlərin CV-ləri uyğunluq yoxlanışından keçəcək.
  • İmtahan mərhələsi. İmtahanı uğurla tamamlayan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
  • Müsahibə mərhələsi: Son mərhələ olan müsahibəni də uğurla başa vuran namizədlər “PO Growth” proqramına qəbul ediləcəklər.

 

Bu proqram sizə qazandıracaq?

  • Təcrübəli məhsul sahibləri, sahə və ofis liderləri, agile kouçlar və funksional liderlər tərəfindən keçirilən təlim və sessiyalarda iştirak etmək;
  • Rəqəmsal bank məhsullarının idarə olunması üzrə real layihələrdə işləmək;
  • Məhsul ekspertləri, rəqəmsal bankçılıq və agile liderləri ilə şəbəkələşmək;
  • Praktiki alətlər və resurslara çıxış etmək;
  • Gələcək vakansiyalarda işə qəbul edilmək üçün dəyərləndirilmək.

 

Kapital Bank-ın “PO Growth” proqramı ilə öz karyeranıza yeni imkanlar yaratmaq və rəqəmsal bankçılığın gələcək liderlərindən biri olmaq üçün indi müraciət edin!

Son müraciət tarixi: 2 dekabr

Müraciət et

Etiketlər

Paylaş: