Edumap.az Təhsil Portalı
1 abunə
Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (qrafik dizayner) vəzifəsi üzrə işə qəbul elan edir.
04.12.2024 15:50
4 baxış sayı
3 dəq. oxuma
Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (qrafik dizayner) vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri
- Facebook, Instagram, LinkedIn və digər sosial media platformaları üçün cəlbedici, orijinal və brendə uyğun posterlər, bannerlər və digər vizual materiallar hazırlamaq.
- Broşürlər, bukletlər, hesabatlar, təqvimlər, afişalar, roll-up və digər çap materiallarının dizaynını hazırlamaq.
- Veb saytlar üçün UI/UX dizaynların hazırlanması.
- Fonda aid daxili istifadə üçün hazırlanmış platformaların istifadəçi interfeysi və təcrübəsini optimallaşdırmaq.
- Responsive (mobil uyğun) dizayn prinsiplərini tətbiq etmək.
- Təqdimatlar üçün kreativ dizaynlar hazırlamaq.
- Məlumatların daha anlaşılan və vizual formada təqdim edilməsi üçün infoqrafiklər yaratmaq.
- Süni intellekt və avtomatlaşdırma vasitələrindən (məsələn, Midjourney, DALL-E) istifadə etmək.
- Brendbukun yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək.
Təhsil
- UI/UX Dizayn, Qrafik dizayn, təsviri incəsənət və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Müvafiq sahələr üzrə sertifikatlar arzuolunandır (məsələn, Google UX Design, Adobe Certified Professional).
Təcrübə
- Müvafiq fəaliyyətlə bağlı ən azı 2 il iş təcrübəsi.
Bilik və bacarıqlar
- Proqram təminatı:
- Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) proqramlarında mükəmməl iş bacarığı.
- Figma və ya Sketch proqramlarında mükəmməl işləmək bacarığı.
- After Effects, Premiere Pro kimi video və animasiya proqramları üzrə biliklər arzuolunandır.
- Texniki biliklər:
- UI/UX prinsipləri.
- Çap üçün materialların texniki parametrləri (ölçülər, rəng modelləri, kəsim xətləri və s.).
- Rəng nəzəriyyəsi və tipoqrafiya.
- Responsive dizayn və HTML/CSS.
- Şəxsi keyfiyyətlər:
- Yaradıcı düşüncə və innovativ yanaşma.
- Detallara diqqət və yüksək dəqiqlik.
- Təzyiq altında işləmə qabiliyyəti və vaxtı effektiv idarə etmək bacarığı.
- Ünsiyyətcil və komandada işləmək bacarığı.
- Təqdimat bacarığı, layihələri aydın və təsirli şəkildə təqdim etmək.
- Dil bilikləri:
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
- Rus və ingilis dili biliyi arzuolunandır.
İş şəraiti
- İş saatları - 09:00-dan – 18:00-dək.
- Şənbə, bazar istirahət günləridir.
Əmək haqqı
Müsahibə zamanı əlavə məlumat veriləcək.
Müraciət et
Etiketlər
Oxşar xəbərlər
“Dizayner” vəzifəsi üzrə vakansiya
Edumap.az Təhsil Portalı
18
18/11 08:23
Marketinq və reklam şöbəsinin aparıcı mütəxəssisi...
Edumap.az Təhsil Portalı
41
23/10 07:17
IT üzrə texniki dəstək operatoru vəzifəsi üzrə vak...
Edumap.az Təhsil Portalı
43
23/10 07:00
Peşə Təhsil Mərkəzi pedaqoji fəaliyyətlə məşğul ol...
Edumap.az Təhsil Portalı
15
23/11 06:06
Qrafik Dizayner vakansiyası
Edumap.az Təhsil Portalı
22
07/11 15:46
İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı
16
21/11 11:27