“Gənc Mülki Müdafiəçilər” layihəsinə start verilir
Vətənin təhlükəsizliyinin keşiyində daim İRƏLİdə olanlar!
AR Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətinin fövqəladə hallara daha səmərəli cavab verməsi, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və baş vermiş fövqəladə hallar zamanı dayanıqlılığın artırılmasını hədəfləyən “Gənc Mülki Müdafiəçilər” layihəsinə start verilir.
18-25 yaş aralığında, vətənpərvər, motivasiyalı və fiziki cəhətdən hazırlıqlı 100 nəfər gəncin iştirakı ilə 5 gün müddətində davam edəcək düşərgədə
yanğın təhlükəsizliyi;
axtarış-xilasetmə işinin təşkili;
çadır şəhərciyinin qurulması;
fövqəladə hadisə zamanı ilk tibbi yardımın göstərilməsi;
zərərçəkmişlərə psixoloji yardımın göstərilməsi
və digər mövzularda nəzəri və praktiki təlimlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, əsas məqsədimiz gənclərin mülki müdafiə hazırlığını təmin etmək, eləcə də layihə iştirakçılarının təbii və texnogen mənşəli fövqəladə hadisələr, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında məlumatlılığını artırmaq, bunlarla əlaqədar düzgün davranış vərdişləri formalaşdırmaqdır.
Düşərgəni uğurla başa vuran gənclər baş verə biləcək fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak şansı əldə edəcəklər.
Sən də Vətənin mülki müdafiəsinə hazıram deyirsənsə, qeydiyyatdan keçməyə tələs!
Qeydiyyat linki: https://forms.gle/bv7LJwVpGF4pZ26Y9
Son qeydiyyat tarixi: 20 avqust, 20:00
Oxşar xəbərlər
Rusiyada koronavirus peyvəndinin klinik sınaqları:...
Son Xeberler
Rusiyada koronavirus peyvəndinin klinik sınaqları:...
Son Xeberler
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsin...
Edumap.az Təhsil Portalı
“Career Boost | 24” adlı yeni layihəyə start veril...
Edumap.az Təhsil Portalı
Gənclər üçün Marketinq Akademiyası işə başladı! (Ö...
Edumap.az Təhsil Portalı
“Füzuli-Şuşa dəmir yolunun tikintisi layihəsinə bu...
Son Xeberler