AzTU-da təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
· Təhsil: Magistr dərəcəsi (menecment, insan resursları, təhsil idarəçiliyi və ya əlaqəli sahələr üzrə);
· Təhsil sahəsində ən azı 1il iş təcrübəsi;
· İdarəetmə və təşkilatçılıq bacarıqları;
· Əmək bazarı və təcrübənin təşkili haqqında biliklər;
· Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır);
· Kompüter bilikləri (MS Office proqramları);
· Yüksək ünsiyyət bacarıqlarının olması.
Öhdəliklər:
· Müvafiq tədris ili üçün dekanlıqlardan tələbə kontingentinin toplanması və işlənməsi;
· Təcrübə keçiriləcək müəssisələrlə əlaqə yaradılması;
· İxtisas kafedralarından (İstehsalat təcrübəsi - IV və V kurslarda, Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübəsi-II kursda) təcrübə “Sifariş”lərinin qəbul edilməsi və işlənməsi;
· Müəssisələrə göndəriləcək məktub və müqavilələrin hazırlanması;
· Fərdi müraciətlərə baxılması;
· Müəssisədən gələn müqavilələrə baxılması ;
· Hər qrup üçün İşçi proqramlarının təsdiq edilməsi və toplanması;
· Müəssisələr üçün məktubla birlikdə tələbə siyahısının hazırlanması;
· Dekanlıqlardan gələn Xidməti Məruzələrə əsasən, Əmr layihəsinin hazırlanması;
· Təcrübəyə dair aylıq davamiyyətlə bağlı hesabatın rəhbərliyə verilməsi;
· Yekun hesabatın rəhbərliyə təqdim edilməsi.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 15.12.2024-cü il saat 18:00
Etiketlər
Oxşar xəbərlər
Türkiyə-Azərbaycan Universitetinin (TAU) Mühasibat...
Edumap.az Təhsil Portalı
ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöb...
Edumap.az Təhsil Portalı
İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı
Proqram təminatının testi və keyfiyyətinə nəzarət...
Edumap.az Təhsil Portalı
Peşə təmayüllü siniflər “Təzhizat üzrə mütəxəssis”...
Edumap.az Təhsil Portalı
Peşə təmayüllü siniflər “Kadrlar üzrə mütəxəssis”...
Edumap.az Təhsil Portalı