🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

​“WhatsApp”da mesajlara vaxt funksiyası əlavə edildi

18.09.2025 18:25 1 baxış sayı 1 dəq. oxuma
​“WhatsApp”da mesajlara vaxt funksiyası əlavə edildi

“WhatsApp” gələn mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verən funksiyanı istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funksiya beta versiyada müşahidə edilib. Məlumata görə, mesaj xatırlatma funksiyası ilk dəfə iOS platformasında istifadəyə verilib. Bildirilir ki, istənilən mesaj üçün, istər təkbətək söhbətdə, istərsə də qrup söhbətində xatırlatma funksiyasını aktiv etmək olar. “WhatsApp” 1 dəqiqədən 1 günə qədər əvvəlcədən təyin edilmiş taymerlər, həmçinin müəyyən tarix və vaxt seçmək imkanı verən fərdi seçim təklif edir. Xatırlatma təyin edildikdə, “WhatsApp” mesaj simvolunda kiçik zəng işarəsi qeyd edir. Planlaşdırılmış xatırlatma vaxtı gələndə bildiriş "Xatırlatma" etiketi ilə yeni mesaj kimi müşahidə edilir.

Bildiriş müşahidə edildikdən sonra “WhatsApp” xatırladıcını avtomatik silir. Məlumata görə, “WhatsApp” xatırlatmalarını digər istifadəçilər müşahidə edilə bilməz.

Paylaş: