🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Velosiped sürənlər bu halda cərimələnir

15.09.2025 19:25 1 baxış sayı 2 dəq. oxuma
Velosiped sürənlər bu halda cərimələnir

Velosiped sürənlər də digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına əməl etməlidir. Əks halda onlar qanunun müvafiq maddəsinə uyğun olaraq cərimələnə bilərlər.

Hüquqşünas Fariz Namazlı Metbuat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə, velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimə nəzərdə tutulub:

“Belə ki, velosiped idarə edənlər svetoforun və ya nizamlayıcının işarələrinə riayət etmədikdə, yük daşınması ilə idarəyə mane olduqda, yol nişanlarının və nişanlanma tələblərini pozduqda məsuliyyətə cəlb olunurlar. Sükanı tutmadan və ya təhlükəsizlik dəbilqəsindən istifadə qaydalarını pozaraq, həmçinin nasaz velosipeddən istifadə edərək yol hərəkətinə çıxmaq qadağandır. Piyadaların hərəkətinə mane olmaq və ya üstünlük hüququna malik nəqliyyat vasitələrinə yol verməmək də qayda pozuntusu sayılır. Bütün bu hallara görə velosipedçilər 40 manat məbləğində cərimə edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: