
“Universitetlərin tək məqsədi reytinq olmamalıdır” –Miryusif Cavadzadə

Universitetlərin yalnız elmi məqalə dərc edib reytinq cədvəllərində yüksəlməyə fokuslanması dövrü geridə qalır.
Metbuat.az-ın məlumatına görə, EDDE Global direktoru Miryusif Cavadzadə hesab edir ki, ali təhsil müəssisələri tələbələrə praktiki bacarıqlar, sosial kompetensiyalar və qlobal dünyagörüş qazandırmaqla cəmiyyətə daha böyük töhfə verməlidirlər.
Eyni zamanda bu istiqamətdə biz də dünya təcrübəsini izləyərək bir sıra beynəlxalq tədqiqatçıların – Avstraliyanın Kvinslend Universitetindən olan Isaac Akefe, Lauren Carpenter, Graham Lee və Jessica Leonard – “Towards 2035: A Future View of University Education” adlı məqalədə qeyd etdikləri fikirləri də bölüşürük.
Pandemiya onlayn təhsilin “sınaq günləri” oldu və göstərdi ki, tələbələr 2035-də Hibrid – həm onlayn, həm kampus əsaslı dərs modelinə; Hologram və immersiv texnologiyalar sayəsində real-vaxt interaktivliyə; Mikrodiplomlar (micro-credentials) və çevik modullarla tez yenilənən bacarıqlara; Fərdiləşdirilmiş, inklüziv mühitə üstünlük verəcəklər.
Avstraliyalı tədqiqatçılar vurğulayırlar: diplom artıq təkbaşına iş tapmaq üçün kifayət etmir; əmək bazarı texnoloji, insan və data savadlılığı, problem həll etmə və çeviklik axtarır.
Cavadzadənin çağırışı: “Global citizen” yetişdirmək
“Dünya dəyişdikcə universitetlərin əsas missiyası təkcə reytinq qazanmaq olmamalıdır. Tələbələrin sosial bacarıqlarını inkişaf etdirmək, praktiki biliklərini artırmaq və onları sadəcə ixtisas sahibi deyil, həm də dünyagörüşlü bir 'qlobal vətəndaş' kimi formalaşdırmaq ön planda dayanmalıdır.” — Miryusif Cavadzadə
O, əlavə edib ki, EDDE Global olaraq iştirak etdikləri beynəlxalq təhsil sərgilərində və universitet ziyarətlərində maraqlı modellərlə qarşılaşırlar:
“Bəzi universitetlər tələbələri müasir və açıq sistemlərlə – məsələn, liberal təhsil modeli ilə cəlb edirlər. Təhsilin ilk ili tələbənin dünya görüşünün formalaşmasına yönəlmiş ümumi dərslərlə başlayır. Bu yanaşma tələbəyə özünü kəşf etməyə şərait yaradır. Daha da maraqlısı, ikinci ilə keçid zamanı ixtisasını dəyişmək istəyən tələbələrə heç bir akademik il itirmədən bu keçidi etmək imkanı yaradılır.”
Gənc alimlər qeyd edirlər ki, akademik yüksəlişdə tədqiqat göstəriciləri hələ də dominantdır. 2035-də: Tədris keyfiyyəti strateji prioritet kimi qiymətləndirilməli, müəllimlər pedaqoji innovasiyalara görə mükafatlandırılmalı, kurslar əmək bazarının dinamikasına uyğun sürətlə yenilənməlidir.
Pandemiya göstərdi ki, ali təhsil sistemi sürətlə dəyişə bilər. 2035-in universitetləri: tələbəyə insan mərkəzli yanaşma, texnologiyanın verdiyi sonsuz imkanlar, sosial məsuliyyət və qlobal şəbəkəlilik üzərində qurulacaq.
Bu transformasiyanı reallaşdırmaq üçün həm beynəlxalq proqnozlar, ekspertlərin müşahidə və tövsiyələri ali təhsilin gələcək xəritəsini formalaşdırmağa kömək edəcək.
Oxşar xəbərlər

TKTA tərəfindən elan olunmuş diplomları tanınmayan...
Edumap.az Təhsil Portalı

Samir Cavadzadənin qardaşı öldü
Son Xeberler

Taksidə iki nəfərdən çox sərnişin olmamalıdır
Son Xeberler

Hərəkətinə icazə verilən işçi sayına məhdudiyyət q...
Son Xeberler

Ən Yaxşı Ekrana Sahib iPhone Modelləri
Texnologiya xəbərləri

BDU dünyanın ən yaxşı universitetlərinin fənn reyt...
Bugun.az