🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ulduz futbolçu “Qalatasaray”a mesaj göndərdi - Məni transfer edin

05.09.2025 17:25 1 baxış sayı 1 dəq. oxuma
Ulduz futbolçu “Qalatasaray”a mesaj göndərdi - Məni transfer edin

“Qalatasaray” “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, futbolçu "Qalatasaray" formasını geyinmək istədiyi barədə Türkiyə nəhənginin rəhbərliyinə mesaj göndərib. O, transferin reallaşması üçün əlindən gələni edəcəyini ifadə edib. Bildirilir ki, transfer reallaşarsa yeni transfer pəncərəsinə qədər futbolçu Çempionlar Liqasının siyahısında yer almayacaq. İddialara görə, Çalhanoğlu buna razılıq verib.

Türkiyənin "Sabah" qəzetinin xəbərinə görə, futbolçunun istəyindən sonra “Qalatasaray” “İnter”lə danışıqlar aparıb. “Qalatasaray” Hakan Çalhanoğlunun transferini təxirə salmaq əvəzinə, transfer pəncərəsi yekunlaşana qədər tamamlamaq istəyir. "Qalatasaray"ın "İnter"ə futbolçu üçün 15-20 milyon avro təklif etdiyi bildirilir.

Paylaş: