
Ukraynaya edilən hücumlarda Polşa hədəf alınmayıb - Rusiya

Ukraynaya edilən hücumlarda Polşa hədəfə alınmayıb.
Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi belə açıqlama verib. Bəyanatda bəzi Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı iddialara münasibət bildirilib. Nazirlik Ukraynadakı hərbi obyektlərin güclü hücuma məruz qaldığını,lakin Polşadakı obyektlərin hədəfə alınmadığını bəyan edib.
Qeyd edək ki, Polşa daha əvvəl Rusiyanın Ukraynadakı hədəflərə hücumları zamanı ölkənin hava məkanını pozan bir neçə PUA-nı zərərsizləşdirildiyini açıqlamışdı. Polşanın baş naziri Donald Tusk da Nazirlər Kabinetinin növbədənkənar iclasında Rusiyanın Ukraynadakı hədəflərə hücumları zamanı bəzi rus pilotsuz təyyarələrin Polşanın hava məkanını pozduğunu bildirib.
Oxşar xəbərlər

Polşa, Rusiya Rəsmilərini Ölkədən Qovur
KIBRIT MEDIA

Rusiya Polşa konsulluğunu bağlayır
Bugun.az

Şimali Koreya Ukraynaya Qoşun Göndərə Bilər
Bugun.az

Rusiya Polşada təxribata cəhd edib - İddia
Bugun.az

ABŞ Ukraynaya hərbi yardım ayırır
Son Xeberler

Rusiya sülhməramlı təklifinə reaksiya verdi
Bugun.az