Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı azalıb
2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 şirkət azdır.
Metbuat.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 315 milyon 345 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 453 milyon 560 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (156) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 127 milyon 515 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 94 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.
Oxşar xəbərlər
Azərbaycanda ölüm halları azalıb
Bugun.az
Türkiyədə İnflyasiya 50%-dən Aşağı Düşdü
Son Xeberler
ŞAD Xəbər: Türkiyədə Koronavirus sayı enməyə başla...
Bugun.az
Türkiyədə koronavirusdan ölənlərin sayı 106 nəfər...
SON Xəbər
SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı -
Son Xeberler
Dünya bazarlarında təbii qazın qiyməti azalıb
Son Xeberler