🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində yeni mərhələ açılır" -Nazir

05.04.2025 15:25 6 baxış sayı 2 dəq. oxuma
"Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində yeni mərhələ açılır" -Nazir

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində nümunəvi əməkdaşlıqda yeni mərhələ açılır.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Anadolu Agentliyinə müsahibəsində deyib.

"Biz Azərbaycanda və bu bölgədə istehsal olunan elektrik enerjisinin, ilk növbədə bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə nəqli ilə bağlı layihə üzərində işləyirik. Təbii ki, bunu Avropa bazarı ilə birləşdirmək istəyirik", - deyə o qeyd edib

Nazir vurğulayıb ki, iki ölkə arasında elektrik sahəsində əlaqələrin intensiv şəkildə inkişaf etməyə başlayıb:

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində enerji sahəsində əməkdaşlığa toxunan Bayraktar vurğulayıb ki, bu il Türkiyə TDT Enerji Nazirləri Toplantısına ev sahibliyi edəcək:

"Biz Azərbaycanla qurduğumuz ikitərəfli əməkdaşlığı çoxtərəfli şəkildə türk dövlətlərinə genişləndirməyi, beləliklə də həcmini və dolayısı ilə iqtisadi dəyərini artırmağı hədəfləyirik".

Zaur Əliyev / Metbuat.az

Paylaş: