
Təyyarə Bakıya təcili eniş etdi -SƏBƏB

“Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Metbuat.az xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.
Müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb.
Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib. Sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb.
Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər otelə yerləşdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir.
Oxşar xəbərlər

SON DƏQİQƏ! Quş sürüsü ilə toqquşan təyyarə təcili...
Son Xeberler

Təyyarə okean üzərində burulğana düşdü - Xəsarət a...
Bugun.az

İran üzərindən uçuşlar dayandırıldı, təyyarələr Ba...
Son Xeberler

Magistrala enən təyyarə avtomobillə toqquşdu -
Son Xeberler

BMT-nin təyyarəsi qəzaya uğradı
Son Xeberler

Türk Hava Yolları Kaptanı Uçuş Sırasında Vəfat Etd...
Son Xeberler