
Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Bugun.az

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Bugun.az

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi
Bugun.az

Düşmənə məxsus xeyli silah-sursat ələ keçirildi
Son Xeberler

İtaliya Ukraynaya bu qədər silah göndərib
Bugun.az

Narkotik vasitə və silah-sursat aşkarlandı
Bugun.az