
Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı - FOTO

Saatlı rayonunun Fətəlikənd kəndində fəaliyyət göstərən, Budax İsmayıl oğlu Həsənova məxsus süd qəbulu məntəqəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı bir sıra nöqsanlar müəyyən edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a verilən məlumata görə, müəssisədə temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, alət və avadanlıqlar üçün təchiz olunmuş yuma sahələrinin tələblərə uyğun gəlmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi, qəbul sahəsində döşəmənin asan yuyulub təmizlənən materialla üzlənmədiyi, giriş hissədə dezinfeksiyaedici baryerin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Oxşar xəbərlər

20 aptekdə nöqsanlar aşkarlandı -FOTO
Bugun.az

Çörək sexində nöqsanlar aşkarlandı -FOTO
Bugun.az

5 aptekdə nöqsanlar aşkarlandı
Bugun.az

Bu market qanunsuz işləyirmiş - FOTO
Bugun.az

"Öz Məkan"da nöqsanlar aşkarlandı -FOTO
Bugun.az

Çeçenistanda yanacaqdoldurma məntəqəsində baş verə...
Son Xeberler