Rzayev məhkəmə zalında həbs edildi - FOTO
"Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb.
Metbuat.az Qafqazinfo-ya isinadən xəbər verir ki, onunla əlaqədar Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.
B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.
Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.
Oxşar xəbərlər
Ayhan Bora Kaplanın 68 İl Həbs Cəzası və Məhkəmədə...
Son Xeberler
Aybəniz Xəlilova həbs edildi
Bugun.az
Gənc qızı döyən ana və qızı həbs edildi
Bugun.az
Karantində toy edən sabiq deputat və qudası həbs e...
Son Xeberler
Keçmiş Baş nazirə 52 il həbs cəzası verildi
Son Xeberler
Oğurluqda təqsirləndirilən Vətən Müharibəsi QAZİSİ...
Son Xeberler