🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Qripdən Necə Qorunmaq Olar?

14.10.2024 00:25 37 baxış sayı 5 dəq. oxuma
Qripdən Necə Qorunmaq Olar?

Qrip, soyuqdəymə kimi, virus infeksiyasıdır. Amma soyuqdəymədən daha ağır keçir.

Hər il milyonlarla insan qrip virusuna yoluxur. Bəziləri üçün bu yüngül bir xəstəlik olur, amma yaşlı insanlar, xüsusilə də diabet və ya ürək xəstəliyi olanlar üçün təhlükəli ola bilər.

Elmi araşdırmalar göstərir ki, bu təhlükədən uzaqlaşmaq və ya qripi tez bir zamanda keçirmək üçün təbii qida və bitki çaylarından gündəlik istifadə çox vacibdir.

Qripi təbii yollarla müalicə etmək üçün hansı qidaları istehlak etmək məsləhət görülür?

1. C vitamini

C vitamini ilə zəngin olan qidalar, məsələn, pomidor, şirin bibər, rukula, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu, kivi gün ərzində istehlak olunmalıdır.

2. Zəncəfil

Zəncəfilin kəskin dadı və ətri sayəsində tənəffüs yollarını açır. Şorbalarda, təzə tərəvəz yeməklərində və salatlarda istifadə edilə bilər.

3. Sarıkök

Sarıkökü salatda, şorbada, qatıqla və ya yumurtanın üstünə əlavə edərək yemək qrip üçün faydalıdır.

4. Hil

Hil bakteriyalara və viruslara qarşı təsirlidir. Soyuqdəymə, bronxit, öskürək, qızdırma kimi xəstəliklərin qarşısını alır. İmmunitet sistemini gücləndirir. Ağız və boğaz iltihablarını aradan qaldırır.

Hil daha çox toz şəklində qəhvə və ya çaya əlavə edilərək istifadə olunur, ancaq qurudulmuş bitkisini də çay kimi dəmləyib içmək və ya qatıqla yemək olar.

5. Echinacea

Echinacea qrip və soyuqdəymə üçün faydalı bitkilərdən biridir. 4 çay qaşığı echinaceayı 1 litr qaynar suya əlavə edib 5 dəqiqə qaynadın və sonra için.

6. Jinşen

Yorğunluq və tükənmə kimi hallarda bədənin müqavimətini artırır. İmmunitet sistemini tənzimləyir.

7. Ağ çay

Gündə 1-2 stəkan ağ çay içmək immunitet sistemini gücləndirir.

8. Nar qabığı və Hibiskus

1 stəkan qaynar suya sikkə böyüklüyündə 2 ədəd qurudulmuş nar qabığı və 1 çay qaşığı hibiskus əlavə edib 5 dəqiqə qaynadın və için. Bu, qrip virusunu öldürür.

9. Boğaz ağrısı üçün duzlu və karbonatlı su

1 stəkan suya 1 çay qaşığı duz və 1 çay qaşığı karbonat əlavə edib qarışdırın və sonra qarqara edin. Bu, boğaz ağrısını azaldır.

10. Sink və Selenium

Sink və selenium immunitet sistemi üçün vacib minerallardır. Dəniz məhsulları, ət, soğan və sarımsaq selenium, balqabaq toxumu, qoz-fındıq, badam, hind quşu və quzu əti, qulançar və göbələk isə sink baxımından zəngindir.

11. Omega 3 yağ turşuları

Balıq mövsümünün başlaması ilə həftədə 2 gün balıq, fındıq, qoz və badam kimi omega 3 ilə zəngin qidalar istehlak etmək qripi qarşısını alır.

12. Beta-karoten

Beta-karoten ilə zəngin olan balqabaq, kök, ananas, xurma və ərik immunitet sistemini gücləndirir və qrip virusuna qarşı müqaviməti artırır.

13. Çobanyastığı

Qurudulmuş çobanyastığının buxarı qrip səbəbi ilə ortaya çıxan burun tıxanıqlığını açır və tənəffüs yollarını təmizləyir.

14. Kvertsetin

Kvertsetin sitrus meyvələri, alma, qırmızı üzüm, soğan, çiyələk, tut, böyürtkən, qırmızı soğan kimi meyvələrin qabığında olan bu piqment immunitet sistemini dəstəkləyir.

15. Öskürəyi aradan qaldıran bal və zəncəfil qarışığı

Qriplə birlikdə başlayan quru öskürəyin qarşısını almaq üçün bal və toz zəncəfil qarışığı hazırlayıb səhər və axşam 2 çay qaşığı qəbul edin.

16. Zəncəfil çayı

Zəncəfil çayı immunitet sistemini gücləndirir.

17. İstirahət

Qriplə mübarizədə ən təsirli üsullardan biri də istirahət etməkdir. Amma istirahət edilən otağın havası təmiz olmalıdır.

18. Su içmək

Qriplə mübarizədə ən faydalı tətbiqlərdən biri də çox su içməkdir.

19. Bulyon

Bulyon susuzluğu yatırmağa, boğaz ağrısını sakitləşdirməyə və tıxanıqlığı aradan qaldırmağa kömək edir.

20. Toyuq şorbası

İsti toyuq şorbası qrip simptomlarının artmasının qarşısını alır.

21. Sarımsaq

Sarımsaq istehlakı immunitet sistemini gücləndirir və ağrıları azaldır.

22. Qatıq

Üzvi qatıq istehlakı boğaz ağrısını azaldır, immunitet sistemini tarazlayır.

```
Paylaş: