
Qrenlandiyada rekord istilər qeydə alındı

Dünyanın ən böyük adası olan Qrenlandiyadakı buz təbəqəsinin son istilər zamanı orta hesabla 17 dəfə daha intensiv əridiyi açıqlanıb.
Metbuat.az xəbər verir ki, meteoroloji hadisələri araşdıran “World Weather Attribution” təşkilatı Qrenlandiyanın buz təbəqəsinin hazırkı vəziyyəti ilə bağlı araşdırma dərc edib. Açıqlamaya görə, Qrenlandiyada may ayında rekord istilər qeydə alınıb. Qrenlandiyada belə yüksək temperaturun 100 ildə bir dəfə təkrarlana biləcəyi qeyd edilib. İsti dalğaların İslandiya və Qrenlandiya kimi soyuqlara uyğunlaşan ərazilər üçün fəsadları ola biləcəyi irəli sürülüb. Bildirilib ki, Qrenlandiya və İslandiyada infrastruktur soyuq hava üçün qurulub, yəni isti dalğası zamanı buzların əriməsi fəsadlara səbəb ola bilər.
Qeyd edək ki, dünyanın ən böyük adası kimi tanınan və 2,16 milyon kvadrat kilometr ərazini əhatə edən Qrenlandiya Arktika bölgəsində yerləşir. Adada orta temperatur yayda 10 dərəcə selsi, qışda isə mənfi 10 dərəcədir.
Oxşar xəbərlər

Ukraynada koronavirusa rekord sayda yoluxma qeydə...
Son Xeberler

Ermənistanda bir sutkada rekord sayda yoluxma qeyd...
Son Xeberler

Bugün Amerikada rekord sayda Koronavirus yoluxması...
Bugun.az

Avropa ölkəsində koronavirusdan rekord sayda ölüm...
Son Xeberler

Kəbədə zəvvar sayına görə rekord qeydə alındı
Bugun.az

ABŞ-ın büdcə kəsri rekord vurdu
Son Xeberler