
Qonşu ölkələrdə ardıcıl zəlzələlər oldu

Bu gün Gürcüstanda iki zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.
Zəlzələ ölkənin şimal-şərqində olub.
Qeyd edək ki, bu gün Ermənistanda ardıcıl yeraltı təkanlar qeydə alınıb.
***
Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Böyük Qarakilsə (Vanadzor) şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.
Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.
***
Martın 8-də yerli vaxtla saat 10:31-də Ermənistanın Spitak şəhərindən 9 km şimalda, maqnitudası 3,2, dərinliyi 10 km olan zəlzələ baş verib.
Erməni mediasının məlumatına görə, episentr zonasında zəlzələnin gücü 4 bal olub.
Zəlzələ Lori vilayətində 2-3 bal gücündə hiss olunub.
***
Ermənistanda baş verən 4,6 bal gücündə zəlzələnin ardınca 45 afterşok qeydə alınıb.
Bu barədə Ermənistan DİN məlumat yayıb.
Oxşar xəbərlər

Gürcüstanda zəlzələlər oldu
Son Xeberler

SON DƏQİQƏ! Kahramanmaraşda yenə zəlzələ oldu
Xəbər Anı

Bu il Azərbaycanda 45-dən çox zəlzələ qeydə alınıb
Bugun.az

Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA
Bugun.az

Suriyalı Üsyançıların Qələbəsi İstanbulda Şirinlik...
Son Xeberler

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
Xəbər Anı