🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Okan Buruk Təcili Əməliyyat Oldu

25.10.2024 17:25 28 baxış sayı 1 dəq. oxuma
Okan Buruk Təcili Əməliyyat Oldu

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk xəstəxanaya yerləşdirildi.


Məlumatlara görə, Okan Buruk bu gün səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya aparılıb. Müayinələr zamanı apandisitinin partladığı aşkarlanıb və dərhal əməliyyat olunub.


Təcrübəli məşqçinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Burukun bazar ertəsi günü keçiriləcək "Beşiktaş" derbisində texniki zonada olub-olmayacağı hələ dəqiqləşməyib.


Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının 3-cü həftəsində İsveç təmsilçisi "Elfsborg"u 4-3 hesabı ilə məğlub edərək əhəmiyyətli qələbə qazanıb. "Sarı-qırmızılar"ı Türkiyə Super Liqasının 10-cu həftəsində (28 oktyabrda) "Beşiktaş"la derbi oyunu gözləyir.


Paylaş: