
İstirahət günlərində milli parklarda hava necə olacaq?

İstirahət günlərində (5-6 aprel) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Metbuat.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +10 dərəcədən +14 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.
Göygöl Milli Parkına səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin gündüz saatlarında arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.
Şahdağ Milli Parkında turistləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 5-də gündüz qısamüddətli yağıntı olacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə +4 dərəcədən +9 dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək olacaq.
Altıağac Milli Parkına getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də axşama doğru arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacaq.
Samur-Yalama Milli Parkına səyahət edən turistləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 9 dərəcədən +14 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.
Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə +9 dərəcədən +14 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq.
Ağgöl Milli Parkına səfər edənləri əsasən yağmursuz hava gözləyir. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə +8 dərəcədən +11 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.
Qızılağac Milli Parkının səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 5-i gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə +9 dərəcədən +12 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq.
Hirkan Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə +9 dərəcədən +12 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səfər edən ziyarətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 8 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.
Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?
Xəbər Anı

Sabah parklanma ödənişli olacaq?
Bugun.az

Sabah hava necə olacaq?
Xəbər Anı

Həftənin ilk iş günü havası necə olacaq?
Bugun.az

Sabah hava necə olacaq?
Son Xeberler

Sabah hava necə olacaq?
Son Xeberler