🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

İlham Əliyev Britaniyanın Baş nazirinə başsağlığı verdi

12.06.2025 14:25 12 baxış sayı 1 dəq. oxuma
İlham Əliyev Britaniyanın Baş nazirinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, dövlətimizin başçısı məktubda qeyd edib: “Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Paylaş: