🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Əlim yandı" maşın axtaranların nəzərinə

08.04.2025 09:25 15 baxış sayı 2 dəq. oxuma
"Əlim yandı" maşın axtaranların nəzərinə

"Əlim yandı" ifadəsi maşın bazarında çox istifadə olunur. Bu, satıcının avtomobili tez və ucuz qiymətə satmaq istədiyini göstərir. Lakin belə elanlar alıcılar üçün cəlbedici olduğu qədər də, riskli məsələdir. Bəs “əlim yandı” maşın alanlar nələrə diqqət etməlidirlər?

Nəqliyyat eksperti Aslan Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsi alarkən vətəndaşların mövcud qayda və prosedurlara əməl etməsi ən vacib məqamdır:

“Xüsusilə də nəqliyyat vasitəsinin alıcı adına keçirilməsi və sənədləşmə işlərinin düzgün şəkildə aparılması olduqca önəmlidir. Bununla yanaşı, avtomobilin texniki vəziyyətinin, yəni mexaniki göstəricilərinin dəqiqləşdirilməsi də lazımdır. Bu proseslər ümumi qaydalar çərçivəsində həyata keçirilməlidir və istisnasız olaraq hər kəs bu qaydalara riayət etməlidir”.

A.Əsədov vurğulayıb ki, bəzi hallarda nəqliyyat vasitələri bazar dəyərindən daha ucuz qiymətə satılır:

“Bu, ya avtomobilin yeni olması, ya da satıcının müəyyən maliyyə çətinlikləri səbəbilə avtomobili təcili satışa çıxarması ilə əlaqədar ola bilər. Belə hallar istisna təşkil etsə də, sənədləşmə və qeydiyyat prosesləri yenə də adi qaydada aparılmalıdır. Heç bir əlavə və fərqli prosedura yol verilməməlidir. Nəqliyyat vasitəsi sahibləri də alıcılarına tövsiyə etməlidirlər ki, bütün bu proseslərə ciddi yanaşsınlar və qanunvericiliyin tələblərinə uyğun şəkildə hərəkət etsinlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: