🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Cəbrayılda minaya düşən şəxs şəhid övladı imiş -FOTO

06.04.2025 15:25 12 baxış sayı 1 dəq. oxuma
Cəbrayılda minaya düşən şəxs şəhid övladı imiş -FOTO

Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xankişiyev Heydər Əli oğlu şəhid övladıdır.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.

O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır.

Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, ANAMA-nın yaydığı məlumata görə, işgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Paylaş: