
Bu tarixlərdə iş saatları qısaldılacaq?

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq. 9 May Faşizm üzərində Qələbə günü, 28 May isə Müstəqillik Günüdür.
Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə vaxtaşırı iş və istirahət günlərinin yeri dəyişdirilir.
Əmək Məcəlləsinin 108-ci maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti tənzimləyir.
Metbuat.az xəbər verir ki, məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Ülkər Abdurahmanlı / Metbuat.az
Oxşar xəbərlər

Azərbaycanda iş saatları azaldılır - Bu tarixlərdə
Bugun.az

Bu tarixlərdə yollar bağlanacaq
Xəbər Anı

Sərt karantin günlərində apteklər yeni qayda ilə i...
Son Xeberler

İş saatı nə qədər qısaldılacaq?
Bugun.az

ChildnLife P.E.M School - Köməkçi Müəllim Axtarır
Edumap.az Təhsil Portalı

"III Gəncə Kitabı Sərgisi" keçiriləcək
Edumap.az Təhsil Portalı