
Bu rayonlarda leysan yağıb

Sentyabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.
Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər

Azərbaycanda qar yağıb -
Son Xeberler

Leysan yağacaq, dolu düşəcək
Xəbər Anı

Yağış yağıb, şimşək çaxıb, temperatur düşüb –
Son Xeberler

Leysan, sel, güclü külək -
Son Xeberler

Şimşək, külək, leysan...
Son Xeberler

Ən çox bu ərazilərə qar yağıb -FAKTİKİ HAVA
Bugun.az