Bayden COP29-a görə Azərbaycana təşəkkür etdi
Prezident Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden, COP29-un müvəffəqiyyətlə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib.
Bayden belə deyib: “Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik”.
Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, COP29 həm də tarixi konsensusa nail olmaq üçün mühüm bir platforma olub.
“Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”, - Bayden əlavə edib.
Oxşar xəbərlər
Belarus Mədəniyyət Naziri Ermənistan'a Təşəkkür Et...
KIBRIT MEDIA
Bayden Trampı təbrik etdi
Bugun.az
Bakının dünyanın ən böyük tədbirinə ev sahibliyi e...
Bugun.az
Messi Azərbaycana gəlir
Xəbər Anı
Bayden Miçiqanda Trampı geridə qoydu
Son Xeberler
Bakıda COP29-un təşkilatçılığı yüksək səviyyədədir...
Bugun.az