
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.
Metbuat.az xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan sərnişin məlumat verib.
Sərnişinin iddiasına görə, təyyarə qəza vəziyyəti ilə üzləşib, buna görə də, geri dönməli olub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən Oxu.az-a bildirilib ki, Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan istiqamətində planlaşdırılan "J2 257" nömrəli reysi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti (tufan) səbəbindən geri qayıdıb:
"Sözügedən reys Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək".
"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - deyə şöbə rəhbəri əlavə edib.
Oxşar xəbərlər

AZAL-ın Rusiyaya uçan təyyarəsi geri qayıtdı - YEN...
Bugun.az

"Yoldaşım da yanımda idi" - Təyyarədən sağ çıxan D...
Bugun.az

Qəzaya uğrayan təyyarənin radarda görünməyən hissə...
Bugun.az

Aktauda qəza yerində fövqəladə vəziyyət rejimi tət...
Bugun.az

Əsirlikdən qayıtdı deyilən "Amin" baxın əslində Kİ...
Son Xeberler

Təyyarə qəzası zamanı ayrılan ər-arvad qovuşdu - V...
Bugun.az