🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycanda minimum əməkhaqqı artdı

01.01.2025 07:25 88 baxış sayı 1 dəq. oxuma
Azərbaycanda minimum əməkhaqqı artdı

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib.

Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən indiyədək 345 manat təşkil edirdi.

Paylaş: