🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Azərbaycan Tunisə neft ixracını azaldıb

18.09.2025 12:25 1 baxış sayı 1 dəq. oxuma
Azərbaycan Tunisə neft ixracını azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Tunisə 186 min 998,53 ton xam neft ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu miqdarda məhsulun dəyəri 102 milyon 302,16 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 8 ayı ilə müqayisədə 27,1 %, dəyəri isə 37,6 % azdır.

Azərbaycandan Tunisə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,17 % olub.

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 396 milyon 005,89 min ABŞ dolları dəyərində15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Paylaş: