
Azərbaycan klublarının Konfrans Liqasındakı rəqibləri

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.
Bu raundda Bakı klubu Xorvatiyanın “Hayduk”, Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” kollektivi ilə qarşılaşacaq.
Bu gün, həmçinin UEFA Avropa Liqasında (AL) mübarizə aparacaq "Sabah" komandasının Konfrans Liqasındakı (KL) potensial rəqibi də bəlli olub. Azərbaycan təmsilçisi AL-in I təsnifat mərhələsində Sloveniyanın "Tselye" komandasını keçə bilməsə, yoluna KL-də davam edəcək. Bu turnirdə "Sabah"ın mümkün rəqibi "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.
Oxşar xəbərlər

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibl...
Bugun.az

Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
Bugun.az

Avropa Liqasında Qələbə, Məğlubiyyət və Heç-heçə:...
Son Xeberler

Bakıda Avropa çempionatı keçiriləcək
Bugun.az

“Çelsi” Konfrans Liqasının qalibi oldu
Bugun.az

"Çelsi" səfərdə qələbə qazandı - Konfrans Liqası
Bugun.az