🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

AQTA vəhşi heyvan və quşlarla bağlı monitorinqlərə başlayıb

19.09.2025 12:25 1 baxış sayı 2 dəq. oxuma
AQTA vəhşi heyvan və quşlarla bağlı monitorinqlərə başlayıb

Son dövrlərdə ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvan və quşların saxlanılaraq nümayiş etdirilməsi hallarının geniş yayılması müşahidə olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu hal heyvan və quşların insanlarla təması, zoonoz xəstəlik törədicilərinin insanlara ötürülməsi, həmçinin ölkədə bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Qeyd etmək lazımdır ki, vəhşi heyvan və quşların ailəvi istirahət məkanlarında və ictimai iaşə müəssisələrində saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır.

Belə hallarda yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində müvafiq monitorinqlərə başlayıb.

AQTA qeyd edib ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilərsə, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Paylaş: