
Ali məktəblərə qəbul imtahanı üçün qeydiyyat başlandı

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral - 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.
Müsabiqədə iştirak ödənişlidir.
Oxşar xəbərlər

Qəbul imtahanlarının vaxtı açıqlandı
Bugun.az

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiril...
Son Xeberler

Onlar test imtahanı verdilər
Bugun.az

Abituriyentlərin nəzərinə - Yüksək nəticə üçün bun...
Bugun.az

Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğu...
Bugun.az

2021-ci ilin ali məktəblərə qəbul qaydaları
Son Xeberler